İranın nüvə inkişafı ABŞ-ın hökmranlığının bitdiyinə dəlildir
Çİndə çıxan «Qlobal Tayms» nəşri yazıb: İranın nüvə məsələsi və Vyana müzakirələrinin hazırkı durumu Amerika üçün çətin şəraitdən xəbər verir və belə bir şərait onu göstərir ki, «ABŞ dollarının istila dövrü başa çatıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, İran ilə 4+1 qrupu arasında Vyanada keçirilən müzakirələrin səkkinci raundu başlanıb. Müşahidəçilər bu qənaətdədirlər ki, avropalı güclər öz maraqlarına görə, fəal şəkildə İran ilə Amerika arasında vasitəçilik edirlər, amma Vaşinqtonun təkəbbürlü baxışı müzakirələrə qətiyyətsizlik kölgəsi salıb.
«Qlobal Tayms»ın yazdığına görə, Çin bu qənaətdədir ki, Amerika qanunsuz və birtərəfli sanksiyaları və bu sanksiyalardan irəli gələn təzyiqi aradan götürməli, həmçinin BMT Təhçlükəsizlik Şurasının qətnamələri və İranla nüvə anlaşmasına sədaqətə söykənən düzgün yola geri dönməlidir.
Məlumatda sonra deyilir: Amerika bu qarışıqlıqda müqəssirdir. Nüvə anlaşmasından birtərəfli surətdə çıxması və yenidən İrana qarşı iqtisadi sanksiyalar tətbiq etməsi, mülahizəsiz və naşıcasına rəftardan başqa bir şey deyildir.
«Qlobal Tayms»ın məlumatına görə, belə bir nigarançılıq mövcuddur ki, hətta əgər Bayden hökuməti hal-hazırda nüvə anlaşmasına qayıdışla razılaşsa belə, bir respublikaçının başçılıq edəcəyi Amerikanın sonrakı hökuməti bir daha bu anlaşmadan çıxa və İran əleyhinə sanksiyalar tətbiq edə bilər.
«Qlobal Tayms» sonda vurğulayıb: Dünya ictimaiyyəti ABŞ dollarının istilasına son qoymaq üçün sıx beynəlxalq səyə ehtiyac duyur. Əlbəttə, bu, asan iş deyil, amma dünya bu işin görülmə tərzi haqda düşünməyə başlamalıdır.