ABŞ-ın ticarət balansında çatışmazlıq
Noyabr ayında ABŞ-ın ticarət balansında çatışmazlıq keçmiş aylara nisbətən rakord vurub və bu müddətdə on yeddi tam onda beş faiz artıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika ticarət nazirliyinin statistikasına görə, noyabr ayında ABŞ-ın ticarət balansında çatışmazlıq 97 milyard 800 milyon dollar olub. Belə bir halda, ondan öncəki ayda bu ölkədə ticarət balansında çatışmazlıq səksən üç tam onda iki milyard dollar olubdur.
ABŞ-ın ticarət balansında çatışmazlıq elə bir hada artıbdır ki, noyabr ayında bu ölkəyə ticarət malı idxalı artıb və ticarət malı ixracatı isə azalıbdır.
Amerika ticarət nazirliyinin məlumatı həmçinin göstərir ki, ötən ayda topdansatış mallarının miqdarı bir tam onda iki faiz artıbdır.
Məlumatlara əsasən, korona pandemiyası ticarət mübadilələrində və iqtisadiyyatda böyük təsirə malik olub və noyabr ayında Amerikada ticarət balansında çatışmazlıq elə bir halda rekord vurur ki, Cons Hopkins universitetinin statistikasına görə, həmin ayda bu ölkədə iki milyon 540 mindən çox koronaya yoluxma halı qeydə alınıb.