ABŞ-dan «Simurq» peyk daşıyıcısının uğurlu buraxılışına reaksiya
https://azeri.sahartv.ir/news/dünya-i384627-abŞ_dan_simurq_peyk_daşıyıcısının_uğurlu_buraxılışına_reaksiya
Amerika İranın «Simurq» peyk daşıyıcısının uğurlu buraxılışından nigarançılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2021 10:08 Asia/Baku
  • «Simurq»
    «Simurq»

Amerika İranın «Simurq» peyk daşıyıcısının uğurlu buraxılışından nigarançılıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ağ Ev dünən axşam bu nigarançılığı ifadə etməklə bərabər, Vyana müzakirələrinə sadiq qaldığını iddia edib.

İran müdafiə nazirliyinin kosmonavtika məsələləri üzrə sözçüsü Seyid Əhməd Hüseyni «Simurq» peyk daşıyıcısının uğurlu tədqiqat buraxılışı haqda belə deyib: İranın yerli kosmonavtika bacarığına nail olmasından və Səfir və Qasid peyk daşıyıcıları ilə kiçik peyklər buraxmaq qabiliyyətinin yaranmasından sonra daha yüksək qabiliyyətli buraxıcıların inkişaf etdirilməsi nəzərdə tutuldu və «Simurq» süni peyk daşıyıcısı ölkənin kosmonavtika sənayesinin proqramında yer aldı.

Hüseyni «Simurq» süni peyk daşıyıcısının fəaliyyəti barədə belə deyib: Bu buraxılışda kosmodromun detallarının fəaliyyəti və peykin buraxılması etapları düzgün surətdə həyata keçirildi və sonda bu buraxılışda nəzərdə tutulan araşdırma hədəfləri reallaşdı.