Kentukki ştatında fövqəladə vəziyyət
Amerikanın Kentukki ştatının qubernatoru ştatda güclü tufanların baş verməsinin və insanlara çox sayda bədən xəsarətinin dəyməsinin ardınca qasırğaların tüğyan etməsinin təkrarlanması qorxusundan fövqəladə vəziyyət elan edib.
SəhərAzəri-nin məlumatına əsasən, Foks-Nyus telekanalı xəbər verib ki, qasırğaya çevrilmələri barədə xəbərdarlıq edilən bir neçə tufan/ dekabrın on birində zərər çəkən/ və azı səksən nəfərin ölməsi və yüzdən çox insanın yaralanması ilə nəticələnən qasırğalar tüğyanı nəticəsində dağılmış rayonları bürüyüb.
Boulinq-Qrin şəhərində tufan bir satış mərkəzinə ziyanın dəyməsinə bais olub. Belə ki, onda infrastruktur zərərlər görünür.
Boulinq-Qrin şəhərinin yerli rəsmiləri xəbər veriblər ki, güclü küləklər nəticəsində ağaclaq qırılıb və şəhərin bəzi hissələrində şəhər strukturuna xəsarətlər dəyib.
Kentukkidə yerləşən Heysvill adlı kiçik bir şəhər də sərt iqlim şəraiti ilə üzləşib. Peyk təsvirləri göstərir ki, bu şəhərdə binalara və elektrik xətlərinə böyük zərərlər dəyib.
Kempbellsvill-də də bir neçə ev və bina ziyan çəkib. Bu da Kentukki ştatının qubernatoru Endi Beşiyer-in tufanın baş verməsindən sonra ştatın bəzi hissələrində fövqəladə vəziyyət elan etməsinə səbəb olub.
Təqribən üç həftə bundan öncə Kentukki ştatında bir neçə qasırğanın tüğyan etməsi və Amerikanın mərkəzi və cənubunda tufanın baş verməsi kimi misli görünməmiş bir fəlakətdə azı səksən nəfər öldü, yüzdən çox insan isə yaralandı.