Yan 03, 2022 13:13 Asia/Baku
  • Bayden və Zelenski
    Bayden və Zelenski

ABŞ prezidenti Ukrayna prezidenti ilə telefon danışığı zamanı, ABŞ və müttəfiqlərinin Rusiyanın Ukraynaya təcavüz edəcəyi təqdirdə qətiyyətlə cavab verəcəyini iddia edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ağ Evin mətbuat katibi Cen Psaki bazar günü yaydığı yazılı açıqlamada bildirilib ki, Co Bayden və Vladimir Zelenski strateji sabitlik üzrə dialoq çərçivəsində, həmçinin, Rusiya-NATO Şurası və ATƏT vasitəsilə Rusiya Federasiyası ilə növbəti həftədən başlayacaq diplomatik təmasları dəstəkləyiblər. 

Cen Psakinin sözlərinə görə, Bayden, həmçinin ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, Donbasda gərginliyin azaldılması üçün etimadın möhkəmləndirilməsi tədbirlərini və Minsk razılaşmasının həyata keçirilməsi üçün fəal diplomatik dəstəyini təkrarlayıb.

Teqlər