Makron yenidən seçilmək istəyir amma hələ qərar verməyib!
Fransa prezidenti prezident seçkilərində iştirakla bağlı qərarını hələ yekunlaşdırmadığını açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Fransa prezidenti Emmanuel Makron Fransada növbəti prezident seçkilərində ikinci müddətə namizəd olmaq istədiyini, lakin hələlik yekun qərarı vermədiyini söyləyib.
Fransada növbəti prezident seçkilrəi cari ilin aprel ayında keçiriləcək.
Bu elə bir haldadır ki, son illərdə xüsusilə də son bir ildə "Sarı Jiletlilər" hərəkatinin etiraz aksiyaları kimi ümumölkə etirazları fonunda Makronun reutinqi xeyli aşağı düşüb.
Fransanın İctimai Rəy İnstitutunun keçirdiyi sorğuya əsasən, bu ölkə prezidentinin reytinqi 2020-ci ilin dekabrında 38 faizə enib və fransızların təxminən 60 faizi onun fəaliyyətindən narazı olduqlarını bildiriblər.
Fransada iyun ayında keçirilən regional seçkilərin hər iki turunda da Emmanuel Makronun rəhbərlik etdiyi "İrəli Respublika" partiyası alçaldıcı məğlubiyyətlə üzləşib.