İslam Əməkdaşlıq Təşkilatı Qazaxıstanla həmrəyliyini bildirdi
İƏT Qazaxıstanda zorakılığa son qoymağa çağırır
Yan 07, 2022 14:11 Asia/Baku
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Qazaxıstanda vəziyyəti sabitləşdirməyə və zorakılığa son qoymağa çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, təşkilatın yaydığı bəyanatda deyilir: "İƏT Katibliyi Qazaxıstan Respublikasında baş verən hadisələri böyük narahatlıqla izləyir, çoxsaylı insan tələfatına və dövlət əmlakına ziyan vurulmasına gətirib çıxaran zorakılıq aktları ilə əlaqədar narahatlığını ifadə edir".
İslam Əməkdaşlıq Təşkilatı ərazi bütövlüyünün müdafiəsi, təhlükəsizliyin və sabitliyin təmin edilməsi məsələsində Qazaxıstanla həmrəy olduğunu ifadə edib.