Yan 07, 2022 16:33 Asia/Baku
  • KTMT BMT-yə məktub göndərib

BMT Təhlükəsizlik Şurasının üzvlərinə KTMT-nin baş katibi Stanislav Zasın Qazaxıstan ərazisində sülhməramlı əməliyyatlar barədə məlumat verdiyi rəsmi məktub göndərilib.

SəhərAzəri-nin məlumatına əsasən, BMT Təhlükəsizlik Şurasının sədrinə məktub Ermənistanın KTMT-yə sədrlik edən Daimi Nümayəndəliyi tərəfindən göndərilib.

Təşkilatda bunu öz növbəsində bunu Təhlükəsizlik Şurasının üzvlərinə göndərib.

Sənədə KTMT-nin baş katibi Zasın məktubu əlavə edilib. O, sənəddə  bildirir ki, “Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə təhlükəni nəzərə alaraq və Kollektiv Təhlükəsizlik Müqaviləsi 2 və 4-cü maddələrini rəhbər tutaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası KTMT-nin Qoşunlarının (Kollektiv Qüvvələrinin) qüvvə və vasitələrinin Qazaxıstan Respublikası ərazisində sülhməramlı əməliyyat keçirməsinə qərar verib.

Bundan əvvəl Qərb dövlətləri Rusiyanın KTMT çərçivəsində Qazaxıstana hərbi qüvvə göndərməsinə etiraz etmiş, sülhməramlı kontingent göndərmə işinin sırf BMT Təhlükəsizlik Şurasının səlahiyyətində olduğunu bildirmişlər. 

Teqlər