BMT-dən Qazaxıstan hökumətinə xəbərdarlıq
Zorakılıq və qətllər qəbuledilməzdir
BMT Qazaxıstandakı bütün tərəfləri təmkinli olmağa çağırıb. Zorakılıq və qətllərin qəbuledilməz olduğunu bldirib.
SəhərAzəri-nin məlumatına əsasən, BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib: “Biz Qazaxıstandakı vəziyyəti diqqətlə izləməyə davam edirik və bütün tərəfləri təmkinə, zorakılıqdan çəkinməyə və vəziyyəti həll etmək üçün dinc vasitələrdən istifadə etməyə çağırırıq”.
Onun sözlərinə görə, zorakılığa son qoyulması vacibdir, nümayişçilər öz aksiyalarını dinc şəraitdə keçirməlidirlər: "Polis məmurlarının və digərlərinin öldürülməsi qəbuledilməzdir, eynən nümayişçilərin öldürülməsi də".
O qeyd edib ki, istənilən situasiyada ictimai asayişin bərpası zamanı insan hüquqlarına və beynəlxalq standartlara riayət edilməsinə ehtiyac var.