80 milyon amerikalı işçi və fəhlənin vaksinasiyası icbari olub
https://azeri.sahartv.ir/news/dünya-i384977-80_milyon_amerikalı_işçi_və_fəhlənin_vaksinasiyası_icbari_olub
Hal-hazırda Amerikada təqribən səksən milyon idarə işçisi və fəhlə korona peyvəndi vurdurmağa borcludur; əks halda, onlar hər həftə korona testi verməlidirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2022 15:01 Asia/Baku
  • vaksin
    vaksin

Hal-hazırda Amerikada təqribən səksən milyon idarə işçisi və fəhlə korona peyvəndi vurdurmağa borcludur; əks halda, onlar hər həftə korona testi verməlidirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Böyük Amerika şirkətlərinin işçilərinin geniş və icbari vaksinasiya qaydaları elə bir halda dünəndən qüvvəyə minibdir ki, bu ölkənin ali məhkəməsi hələ bu addımın qanuni olub-olmaması məsələsini araşdırmaqla məşğuldur.

Vaksinin icbari surətdə vurulması haqda iki şikayət işi Bayden hökumətini problemlə üzləşdirib. Bu işlər cümə günü Amerika ali məhkəməsində qaldırılıb, amma məhkəmənin hakimləri hələ bu haqda bir hökm çıxarmayıblar.

Xəstəliyə görə işləməyən amerikan işçilərin sayı ötən ilin dekabr ayında bir tam onda yeddi milyon nəfərə çatıbdır ki, bu da bir ayda on bir faiz artım deməkdir. Hazırda omikron ştammı dalğası ABŞ konqresində həyəcan siqnalını səsləndirib.