Omikron amerikan aviaşirkəti bağlanma sərhədinə sürükləyib
Amerika hava yollarının üç mindən çox işçisinin yeni korona ştammına yoluxması ilə bu ölkədə minlərlə reys ləğv edilib.
SəhərAzəri-nin məlumatına əsasən, «United Airlines» aviaşirkətinin icraçı direktoru bildirib ki, hal-hazırda bu hava yollarının üç min əməkdaşı koronaya yoluxub, amma şirkətin vaksinasiya olunmuş işçilərindən heç biri xəstəxanaya yatırılmayıbdır.
Milad gecəsindən bu günə qədər Amerikada gündəlik olaraq yüzlərlə uçuş ləğv edilir. Bu ölkədəki aviaşirkətlər işçi çatışmazlığı və pis iqlim şəraiti ilə üzləşirlər.
Amerikada omikron ştammının yayılması nəticəsində koronavirusa yoluxma hallarının kəskin tərzdə artması ilə, bu ölkədəki bir çox ictimai və həyati əhəmiyyətli xidmətlər pozulubdur.
140 minə yaxın korona xəstəsi xəstəxanaya yerləşdirildiyindən, Amerika xəstəxanalarının dörddə biri böhranlı vəziyyətdə olduğunu bildirib. Laboratoriyalar da yalnız simptomları olan xəstələrin testini qəbul edirlər.
Amerikada koronaya gündəlik yoluxma orta hesabla 730 min halı ötüb keçibdir.
Ekspertlər kritik durumun və infrastruktur xidmətlərində pozuntuların yaranması, həmçinin ölkədə daha yüksək iqtisadi zərər barədə xəbərdarlıq ediblər.