Yan 15, 2022 20:54 Asia/Baku
  • Gəlir qazanmaq üçün kosmik biznes rəqabəti

Kosmosa turist göndərmək üçün dünyada şirkətlərin kosmik yarışı başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Dünyada müxtəlif şirkətlər kosmosdan gəlir qazanmaq üçün ciddi rəqabət aparırlar. Bir hesabata əsasən, dünyada şirkətlərin kosmik rəqabəti başlayıb və biz kosmosa sərnişin və ya turist göndərmək üçün müxtəlif cəhdlərin şahidi oluruq. Bir çox şirkət bu sahədə məşğuldur və kosmosa daha çox peyk göndərmək üçün çalışır. Bu peyklər yer üzündə istifadə etdiyimiz bir çox xidmətləri təmin etmək üçün istifadə olunur, hava proqnozlarından tutmuş smartfonlardakı marşrut xəritələrinə qədər, hamısı peyklərə əsaslanır. Kosmosda iştirak yüksək xərcli bir sahədir. 

İndi əsas sual budur ki, kosmik biznes gəlirli ola bilərmi? Riçard Bransona məxsus "Virgin Orbit" şirkəti bu yaxınlarda Kaliforniyadakı bazasından daha yeddi peyk buraxıb. Bu addım şirkətin Nyu Yorkdakı "Nasdaq" Birjasında səhmlərin satışına başlamasından bir neçə gün sonra atılıb. 

Teqlər