Yan 16, 2022 14:00 Asia/Baku
  • Fransanın ümumi büdcə çatışmazlığı 7% olub
    Fransanın ümumi büdcə çatışmazlığı 7% olub

Fransada yayılan rəsmi statistikalara əsasən, ötən ildə bu ölkənin ümumi büdcə çatışmazlığı 7% olub.

SəhərAzəri-nin məlumatına əsasən, Fransanın dövlət hesabları naziri «De Dimanş» jurnalı ilə müsahibədə deyib: Ölkənin 2021-ci ildəki büdcə çatışmazlığı təqribən yeddi faizə çatıb, halbuki hökumət bu iqtisadi göstəricinin azı 8,2 faizə çataçağını proqnoz etmişdi.

Fransanın dövlət hesabları naziri söyləyib: Ölkənin büdcə çatışmazlığı miqdarının proqnozlar həddindən aşağı olması ona görədir ki, vergi gəlirlərinin miqdarı gözlənilən həddən çox olubdur.

O, əlavə edib: Vergi gəlirlərinin artması da ölkədə iqtisadi inkişafın artmasından irəli gəlir.

 

Teqlər