Fransada bir gündə yarım milyon nəfər koronzvirusa yoluxub
https://azeri.sahartv.ir/news/dünya-i385205-fransada_bir_gündə_yarım_milyon_nəfər_koronzvirusa_yoluxub
Rəsmi statistika göstərir ki, çərşənbə axşamı Fransada yarım milyona yaxın insan koronavirusa yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2022 08:34 Asia/Baku
  • Fransada koronzvirusa
    Fransada koronzvirusa

Rəsmi statistika göstərir ki, çərşənbə axşamı Fransada yarım milyona yaxın insan koronavirusa yoluxub.

SəhərAzəri-nin məlumatına əsasən, FARS xəbər agentliyinin məlumatına görə, rəsmi məlumatlar son 24 saat ərzində Fransada ən azı 464 min 769 nəfərin koronavirusa yoluxduğunu göstərir.  

Bu, Fransada koronavirusun başlanmasından bəri qeydə alınan ən yüksək göstəricidir.

Son vaxtlar koronavirusun omikron adlı yeni ştammı bütün dünyada yayılaraq, ABŞ və Avropanı yeni infeksiyalar və xəstəxanaya yerləşdirmə dalğasına məruz qoyur.

Ümumdünya Səhiyyə Təşkilatı bu yaxınlarda bildirmişdir ki, omicron-a yoluxma halları hər 36-72 saatda iki dəfə artmaqdadır və bu, yeni ştammın delta ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığını göstərir.