Ümumdünya Səhiyyə Təşkilatı:
Korona bitməyib
Fransa və Almaniyanın ötən sutka ərzində yoluxanların yeni rekordlarını qeydə aldırdıqlarına görə, Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, korona pandemiyası hələ bitməyibdir.
SəhərAzəri-nin məlumatına əsasən,Ümumdünya Səhiyyə Təşkilatının sədri xəbərdarlıqedici şəkildə bildiribdir ki, ilk dəfə ötən ilin noyabr ayında Cənubi Afrikada aşkar edilən omikron ştammı Latın Amerikasından tutmuş Şərqi Asiyayadək yeni yoluxdurmalara davam edəcək.
Belə bir halda, Avropa omikron ştammının yayılması mərkəzinə çevrilib. Belə ki, Almaniyada yoluxma hallarının sayı yüz min nəfərə yüksəlib. Fransa da çərşənbə axşamı günü yarım milyona yaxın yoluxma halını məlumat verib.
Ötən həftə Avropada beş milyon yoluxma halı xəbər verilib və Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, omikron mart ayınadək avropalıların yarısını yoluxdura və bütün Avropa qitəsindəki xəstəxanaları doldura bilər.