Yan 22, 2022 12:14 Asia/Baku
  • BMT səud qırıcılarının Yəməndə bir həbsxanaya hücumunu qınayıb

BMT-nin baş katibi Antonio Quterreş cümə günü axşam saatlarında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri qırıcılarının Yəmənin Səədə vilayətində yerləşən həbsxanaya hücumunu pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Quterreşin bəyanatında deyilir: "Yəməndə daha bir hava hücumu qeydə alındı, nəticədə dinc sakinlər, o cümlədən uşaqlar öldüb və ya yaralandı".

O, hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə hadisənin tez, aktiv və şəffaf araşdırılmasına çağırıb.

Cümə günü səhər saatlarında Səədə vilayətində həbsxananın bombalanması, təcavüzkar səud koalisiyasının Yəməndəki ən qanlı hücumlarından biri olub və son məlumatlara görə, indiyədək 177-dən çox adam ölüb və yaralanıb.

Səna, Əl-Hüdeydə və Səədənin aramsız bombardmanı çərşənbə axşamı günündən bəri və Yəmən ordusu və xalq komitələrinin Əbu-Dabiyə pilotsuz uçuş aparatları və raketlə zərbə endirməsi fonunda başlayıb və təcavüzkar səud koalisiyası qırıcıları gündəlik olaraq, Yəmənin paytaxtı və ölkənin digər hissələrini bombalayırlar. 

Teqlər