Fransada etiraz aksiyası keçirilib
Yan 28, 2022 17:38 Asia/Baku
Fransa xalqı əmək haqqıların aşağı olmasına etiraz olaraq aksiya keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Fransa həmkarlar ittifaqları bu ölkə xalqını əmək haqqıların aşağı olmasına etiraz olaraq ölkə boyu aksiya keçirməyə və əsl maaşın artırılmasını tələb etməyə çağırıb.
Belə bir halda, gənclər də bu fürsətdən istifadə edib, Parisin Bastil meydanında hökumət əleyhinə aksiyada iştirak ediblər.
Kale şəhərində də xeyli sayda müəllim bu məqsədlə nümayiş keçirib.
Bir müəllim bununla bağlı deyib ki, hazırda bütün qəbzlər artıb; buna görə, maaşlar da artmalıdır.
Aksiyada iştirak edən təqaüdçülər maaşlarının yaşayış xərclərini ödəmədiyini fəryad ediblər.