Yan 29, 2022 12:03 Asia/Baku
  •  Bayden Şərqi Avropaya qoşun göndərəcəyini söylədi

ABş prezidenti yaxın vaxtlarda Şərqi Avropaya az sayda hərbi kontingent göndərəcəyini söyləyib.

SəhərAzəri-nin "Hil" portalına istinadla məlumatına görə, ABŞ prezidenti Co Bayden "Endryus" hərbi bazasına jurnalistlərə açıqlamasında, ABŞ qoşunlarının Ukraynaya kömək üçün Şərqi Avropaya göndərilməsi ilə bağlı xəbərləri təsdiq edərək, deyib: "Mən yaxın zamanda ABŞ qoşunlarını Şərqi Avropadakı NATO ölkələrinə göndərəcəyəm, əlbəttə sayları çox olmayacaq".

Bayden elə bir halda, Şərqi Avropaya göndəriləcək hərbi kontingentin kiçik olacağına təkid edir ki, bir neçə gün əvvəl Pentaqon sözçüsü Con Kirbi, lazım gələrsə, qısa müddətdə Avropaya yerləşdirmək üçün 8 min 500 hərbçinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib. 

Röyters-in məlumatına görə, hazırlıq vəziyyətinə gətirilən ABŞ qüvvələrinə əlavə briqada döyüş qrupları, maddi-texniki təchizat personalı, tibbi dəstək, aviasiya dəstəyi, kəşfiyyat və müşahidə missiyaları və nəqliyyat daxildir.

Teqlər