Kremlin mətbuat katibi:
Qərblə münasibətlər gərgindir: Putin Münhen konfransında iştirak etməyəcək
-
Peskov
Kremlin mətbuat katibi Ukrayna böhranı səbəbindən Moskva ilə Qərb arasında gərginliyin davam etdiyinə toxunaraq, deyib: "Rusiya prezidenti Münhen konfransında iştirak etməyi planlaşdırmır".
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Kremlində keçirdiyi mətbuat konfransında deyib: "Putinin heç bir formatda Münhen konfransında iştirak etmək planı yoxdur".
"Ria Novosti" saytının yazdığına görə, jurnalistlərin Putinin Münhen konfransında hətta videobağlantı vasitəsilə də iştirak etməyəcəyinə dair sualına Peskov yox cavabı verib.
Peskov, həmçinin Putinin Fransa prezidenti Emmanuel Makronla fevralın 7-də gözlənilən görüşü vacib adlandırıb, lakin xəbərdarlıq edib ki, Kreml Putin-Makron görüşündən sonra Ukrayna ilə əlaqədar gərgin vəziyyətdə həlledici sıçrayışlar gözləmir.
Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün bu gün elə bir halda Moskvaya yola düşüb ki, son vaxtlar Moskva ilə Qərb arasında gərginlik daha da intensivləşib.