Rəsmi Kiyev müharibədən yayınırmı?
Ukrayna Donbası hərbi yolla qaytarmaq niyyətində olmadığını deyir
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib ki, Ukrayna hakimiyyəti Donbassı hərbi yolla qaytarmaq niyyətində deyil.
SəhərAzəri-nin məlumatına əsasən, Aleksey Danilov jurnalistlər üçün verdiyi açıqlamada Rusiyanın nağıllar söylədiyini bildirib: “Rusiya indi nağıllar danışır, guya biz hərbi yolla Donetsk və Luqansk vilayətlərini qaytarmaq istəyirik. Biz bunu edə bilmərik, çünki hazırda orada olan mülki əhaliyə görə məsuliyyət daşıyırıq. Əgər indi qoşunlar hücuma keçsə, təsəvvür edin, nə qədər əhali qırıla bilər. Bizim üçün insan həyatı - ən böyük dəyərdir. Donetsk və Luqansk qaytarılacaqmı?.. Qaytarılacaq. Krım qaytarılacaqmı? Qaytarılacaq. Sadəcə, vaxt məsələsidir”, - deyə Ukraynanın hökumət rəsmisi vurğulayıb.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra açıqlama verən Danilov qeyd edib: “Bizim hərbçilərimiz, kişilər və qadınlar, ölkəmizi qoruyacaqlar. Güc və vəsaitimiz kifayət qədərdir, lakin Rusiya tərəfindən müharibənin qarşısını almaq üçün əlindən gələni edir.”