ABŞ-ın Moskvadakı səfirinin müavini Rusiyadan qovulub
https://azeri.sahartv.ir/news/dünya-i386029-abŞ_ın_moskvadakı_səfirinin_müavini_rusiyadan_qovulub
Rusiya ABŞ-ın Moskvadakı səfirinin müavini Bart Qormanı bu ölkədən qovub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 17, 2022 16:32 Asia/Baku
  • ABŞ-ın Moskvadakı səfirinin müavini Rusiyadan qovulub

Rusiya ABŞ-ın Moskvadakı səfirinin müavini Bart Qormanı bu ölkədən qovub.

Hələ Qormanın çıxarılmasının dəlili dəqiq surətdə məlum deyil. Bart Qorman ABŞ-ın Moskvadakı səfirliyinin ikinci şəxsiyyəti sayılırdı.

Bu xəbəri yayan Ria-Novosti informasiya agentliyi həmçinin xəbər verib ki, Amerikanın Rusiyadakı səfiri Con Sallivan bu gün səhər saatlarında bu ölkənin xarici işlər nazirliyinə çağırtdırılıb.

ABŞ-ın Rusiyadakı səfirinin müavininin qovulmasından dərhal sonra ABŞ Dövlət Departamenti bəyanat verib:

"Rusiya amerikalı diplomatların ölkədən çıxarılmasını dayandırmalı və diplomatik missiyanın tam tərkibini bərpa etmək üzərində işləməlidir",-bəyanatda deyilir.