Fev 19, 2022 14:35 Asia/Baku
  •   “Bu çağırışlar NATO qoşunlarını yerləşdirmək məqsədi güdür”

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO-nun çağırışlarına cavab verib. O, Qərbin gərginliyi məqsədli şəkildə artırmaq istədiyini deyib.

 

SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Peskov deyib:

“ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya siyasəti yalanlarla doludur. Rusiya kimisə təhdid etmir. Qərbin bəyanatları Rusiya sərhədləri yaxınlığına daha çox NATO qoşunlarının yerləşdirilməsi üçün bəhanədir”.

Qeyd edək ki, NATO baş katibi Yents Stolberq fevralın 19-da Rusiyanı qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıb.

Baş katib “Avropada təhlükəsizlik yalnız ABŞ-la əməkdaşlığa əsaslanır. Bunu iki dünya müharibəsi də sübut edib”,- deyə bildirib.

Eyni zamanda bu gün özünü "Donetsk Xalq Respublikası" adlandıran qurumun rəhbəri Denis Puşilin ümumi səfərbərlik haqqında fərman imzalayıb. Özünü “Luqansk Xalq Respublikası” adlandıran qurumun rəhbəri Leonid Paseçnik də eyni təşəbbüs irəli sürüb.

Teqlər