Rusiya prezidenti NATO-nun Ukraynaya silah göndərməsini tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i386150-rusiya_prezidenti_nato_nun_ukraynaya_silah_göndərməsini_tənqid_edib
Rusiya prezidenti Fransa prezidenti ilə telefon danışığında Şimali Atlantika Alyansı NATO ölkələrini Ukraynaya silah və sursat göndərdiyinə görə tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2022 08:44 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti Fransa prezidenti ilə telefon danışığında Şimali Atlantika Alyansı NATO ölkələrini Ukraynaya silah və sursat göndərdiyinə görə tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib ki, NATO-nun Ukraynaya silah ötürməsi bu hökuməti Ukraynanın şərqindəki Donbas bölgəsində münaqişəni dayandırmaq üçün gücdən istifadə etməyə təhrik edir.

ABŞ və NATO bir ay əvvəldən bəri Ukraynaya silah göndərməyə başlayıblar; İndiyədək hər biri 80 ton silah tutumuna malik 50-yə yaxın Amerika nəqliyyat təyyarəsi Ukraynaya göndərilib və beləliklə, Ukrayna Qərb ölkələrindən satın və ya pulsuz minlərlə ton silah və sursat alıb ; ABŞ-ın müttəfiqləri, o cümlədən Britaniya da Ukraynaya yüksək miqdarda silah və sursat çatdırıb.