“DXR” və “LXR”nin müstəqil dövlətlər kimi tanınması ilə bağlı
Putin bu gün qərar verəcək
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.
SəhərAzəri-nin məlumatına əsasən,Kremldə keçirilən növbədənkənar iclasda Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri iştirak edir.
Rusiya dövlət başçısının rəhbərliyi ilə keçirilən iclas Ukraynanın cənub-şərqindəki vəziyyətə həsr olunub.
Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının iclasında qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın "dövlət başçıları"nın, habelə Dövlət Duması bu qurumların müstəqilliyinin tanınması ilə bağlı müraciətləri üzrə Təhlükəsizlik Şurası üzvlərinin rəyini dinləmək niyyətində olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiya əvvəldən "Kiyev və Donbass arasındakı ziddiyyətləri" sülh yolu ilə həll etmək üçün hər şeyi edib.
"Hadisələrin gedişatı göstərir ki, Ukraynanın hazırkı hakimiyyəti Minsk razılaşmalarını yerinə yetirmək fikrində deyil", - Putin bildirib.
Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasının sonunda “DXR” və “LXR”nin müstəqil dövlətlər kimi tanınması ilə bağlı bu gün qərar verəcəyini bildirib.