BMT-dən Avropaya xəbərdarlıq
Qaçqınların deportasiyasına son qoyun!
BMT fevralın 21-də miqrantların qanunsuz surətdə Avropanın sərhədlərindən deportasiyasının "adiləşməsi" barədə xəbərdarlıq edib və bəzi hallarda ölümləri ilə nəticələnən insanların hüquqlarının pozulması və onlara qarşı zorakılığı pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə ali komissarı, Filippo Qrandi Avropa qitəsinin rəsmilərinə ünvanladığı bəyanatda yazıb: Avropa sərhədlərində baş verənlər qanuni və etik cəhətlərdən qəbuledilməzdir. Bu rəftarlar dayandırılmalı və adi hala çevrilməməlidir.
O, əlavə edib: Avropa Birliyinin daxili və xaricində olan quru və dəniz sərhədlərindəki bir neçə giriş nöqtəsində,/ bir neçə dəfə bu hərəkətlərə son qoyulmasını tələb etməyimizə baxmayaraq, müntəzəm şəkildə zorakılıq, kobud rəftar və ərazidən çıxarılma haqda məlumatlar verilir.
Yunanıstanın Türkiyə ilə quru və dəniz sərhədləri barədəki məlumata işarə edən BMT-nin bu yüksək vəzifəli rəsmisi bildirib: Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının ixtiyarında 2020-ci ilin əvvəlindən Yunanıstan ərazisindən 540-a yaxın qeyri-rəsmi ixrac haqda məlumatlar var.
Bundan qabaq Beynəlxalq Amnistiya Təşkilatının insan hüquqları qrupu Yunanıstanı Türkiyəyə qayıtmağa vadar etmək üçün qaçqın və miqrantlara "sistematik təzyiq" göstərməkdə ittiham etmişdi.
Bu məsələ Avropa İttifaqının qanunlarına və beynəlxalq miqrasiya qanunvericiliyinə əsasən, qanunsuz sayılır.