Fev 23, 2022 12:32 Asia/Baku
  • Vladimir Zelenski
    Vladimir Zelenski

Ukrayna prezidenti çərşənbə axşamı gecə saatlarında Ukrayna ordusunun ehtiyatda olan hərbçilərinin çağırılması haqqında fərman verib.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Prezidenti Vladimir Zelenski deyib: "Bu gün Ukraynada ümumi səfərbərliyə ehtiyac yoxdur".

O, daha sonra qeyd edib ki, ehtiyatda olan qüvvələr müəyyən müddətdə orduya qoşulmağa hazır olmalıdırlar.

Ukrayna prezidenti Rusiyanın Minsk razılaşmasından çıxdığını bəyan edərək, deyib: "Mən ikitərəfli danışıqlar və digər liderlərin iştirakı ilə müharibəyə son qoymağa hazıram".

Bu arada Pentaqon çərşənbə axşamı gecə saatlarında Şərqi Avropada hücum silahlarının artırılmasına dair göstəriş verib.

Pentaqonun əmrinə əsasən, 800 amerikalı hərbçi İtaliyadan Baltik regionuna köçürüləcək.

Həmçinin Almaniyadan olan səkkiz F-35 qırıcısı da NATO-nun şərq hissəsində müxtəlif ərazilərdə yerləşdiriləcək.

Almaniyadan 20 Apaçi hücum helikopteri də Baltik regionunda yerləşdiriləcək, 12 Apaçi helikopteri isə Yunanıstandan Polşaya aparılacaq.

Teqlər