Quterreş Rusiyanın Ukraynadakı hərbi əməliyyatına reaksiya verib
-
Quterreş
BMT baş katibi Rusiyanın Ukraynadakı hərbi əməliyyatını bu təşkilatın nizamnaməsinə zidd adlandırıb və rus qüvvələrin öz ölkələrinə geri dönmələrini istəyib.
SəhərAzəri-nin məlumatına əsasən, Antonio Quterreş cümə axşamı günü gecə verdiyi reaksiyada belə qeyd edib: Rusiyanın müstəqil Ukrayna ölkəsinin ərazisindəki hərbi əməliyyatının miqyası o həddədir ki, ötən bir neçə on il ərzində Avropada bunun tayı görünməyibdir.
BMT baş katibi bildirib ki, Ukraynadakı zəruri ehtiyacları təmin etmək üçün BMT-nin növbədənkənar cavablar üzrə mərkəzi fondundan iyirmi milyon dollar məbləğində vəsait ayrılacaq.
Quterreş həmçinin bir ölkənin başqa bir ölkəyə qarşı hər hansı hərbi hərəkətlərini pisləyib və Rusiyadan istəyibdir ki, əməliyyatına son qoyub, hərbçilərini öz sərhədləri daxilinə qaytarsın.