Zelenski yalan deyir
-
Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Zelenskinin Ukraynanın bitərəf mövqeyi barədə müzakirəyə hazır olması barədəki sözlərinə inanmırıq.
SəhərAzəri-nin məlumatına əsasən, Zelenski bu gün bildirmişdi ki, Ukraynanın bitərəf mövqeyi barədə Rusiya ilə müzakirəyə hazırdır.
Lavrov öz söhbətinin davamında bildirib ki, Moskva Ukraynada neonasizm fenomeninin məhv edilməsi üçün şərait yaradacaq.
O, əlavə edib: Biz və Ukrayna xalqı nasizmdən böyük ziyanlar çəkmişik və bu ziyanlar o qədər çox və ağır olubdur ki, ona göz yuma və kənarından laqeydcəsinə keçə bilmərik.
Rusiyanın xarici işlər naziri sözlərinə belə davam edib: NATO təşkilatı geniş surətdə Ukrayna məsələsinə daxil olub və bu ölkənin şərq bölgələrini müti etmək üçün əlindən gələni edib. Elə buna görə, Rusiya Ukraynada hərbi əməliyyat keçirmək qərarına gəldi ki, bu ölkə xalqı özünün milli və etnik mahiyyətinin zorla dəyişdirilməsi buxovlarından azad olmuş olsun.
Lavrov deyib ki, Rusiya Ukraynanın qeyri-hərbi olması üçün lazımi şəraiti təmin edəcək.