Fev 26, 2022 09:52 Asia/Baku
  • Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ almağa çağırıb

Rusiya prezidenti Ukrayna ordusuna çağırış edərək hakimiyyəti öz əlinə keçirməsini istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi onlayn konfransda bildirib.

“Kiyevdə məskunlaşan və bütün Ukrayna xalqını girov götürən bu "narkoman və neonasist" dəstəsi ilə danışıqlar aparmaqdansa, görünür, bizim üçün sizinlə danışıqlar aparmaq daha asan olacaq”- deyə o bildirib.

Dövlət başçısı, həmçinin Ukrayna əsgərlərini radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsinə imkan verməməyə çağırıb.

"Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə bir daha müraciət edirəm - neonasistlərə və banderaçılara uşaqlarınızdan, arvadlarınızdan və qocalarınızdan canlı qalxan kimi istifadə etmələrinə icazə verməyin".

Daha əvvəl Müdafiə Nazirliyi bəyan etmişdi ki, Kiyev hakimiyyəti Ukrayna paytaxtının yaşayış məntəqələrində “Qrad” qurğuları yerləşdirib.

Teqlər