Qərb Ukraynanı necə aldatdı?
Türkiyəli general: Ukrayna prinsipcə NATO-ya üzv ola bilməzdi
Fev 26, 2022 10:22 Asia/Baku
Türkiyənin ehtiyatda olan kontr-admiralı Cihad Yaycı Ukraynanın Qərb dövlətləri tərəfindən aldadıldığını vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Yaycı bu barədə deyib ki, NATO-nun üzvü olmayan Ukrayna müharibə də aparmayacaqdı. Amma “NATO-ya üzv ol, Ukrayna” deyə çağırış etdilər. Üzv ola bilməzdi. Bəs bu, nə söz-söhbətdir? Axı, əraziləri işğal olunmuş və ya sərhəd problemi olan dövlətlər NATO-ya qəbul edilə bilməz.
Türkiyəli general sonra qeyd edib: “Kiyev NATO-ya üzv olsaydı, nə baş verərdi? 5-ci bənd dərhal qüvvəyə minərdi. 5-ci maddə nədir? - Bir nəfər hamı üçün, hamı bir nəfər üçün! İndi isə NATO-nun Rusiya ilə müharibəyə başlaması hüquqi baxımdan mümkün deyil”.