Fev 26, 2022 12:08 Asia/Baku
  • NATO müdaxilə edir, Putin vədini yerinə yetirəcəkmi? - ŞOK

ABŞ və Britaniya da daxil olmaqla, 28 ölkə Ukraynaya əlavə silah, tibbi ləvazimat və hərbi yardım haqqında razılığa gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, yardımın Ukraynanın qərbindən orduya çatdırılması nəzərdə tutulub.

Qərb dövlətlərinin bu qərarına isə Kremlin hansı səviyyədə reaksiya göstərəcəyi hər kəsdə maraq doğurub.

Məlumata əsasən, NATO-nun Rusiyaya qarşı cavab tədbirləri ilə bağlı bəyanatından sonra Moskvada “Topol-M” nüvə başlıqlı ballistik raketinin görüntüləri yayılıb və Rusiyanın bu raketləri ölkənin qərbinə yerləşdirəcəyi iddia olunub.

Qeyd edək ki, “Topol-M” hədəfə müxtəlif yollarla gedərək, raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun hədəfə alınması və vurulması çox çətindir. Bu raket 11 min km uça biləcək imkanlara malikdir. “Topol-M” qitələrarası raket sayılır.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin xalqına müraciətində Qərb dövlətlərini təhdid etmişdi ki, “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək. Əminəm ki, rus hərbçiləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”.

Teqlər