Fev 27, 2022 11:53 Asia/Baku
  • Xarkovda qanlı döyüşlər gedir

Bu gün səhər saatlarından etibarən rus hərbi texnikası Xarkov şəhərinə daxil ola bilib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya qoşunları Xarkovun mərkəzinə doğru irəliləyiblər. Rusiya zirehli bölmələri müxtəlif istiqamətlərdən Xarkova daxil olur, şəhər artilleriya atəşinə tutulur.

Ukrayna Daxili İşlər Nazirliyi də Rusiya hərbi qüvvələrinin Xarkova daxil olduğu barədə məlumat yayıb.

Xarkov administrasiyası şəhərin kişi əhalisinə düşməni məhv etmək çağırışı edib.

Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov deyib: “Sığınacaq yerləri tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən xahiş edirik ki, şəhərin küçələrinə çıxmasınlar”, - deyə o yazıb.

Şəhər meri İqor Terexov da bildirib ki, şəhərə yüngül texnika ilə daxil olan düşmənin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir.

Bu arada rus qoşunlarının daha bir şəhəri ələ keçirdiyi bildirilir.

Məlumata əsasən, Xerson vilayətinin Novaya Kaxovka şəhəri ruslar tərəfindən işğal edilib.

Bu barədə Suspil şəhərinin rəhbəri Vladimir Kovalenko deyib.

“Novaya Kaxovka şəhəri tamamilə Rusiyanın nəzarəti altındadır. Onlar şəhər icraiyyə binasını tutublar, binalardakı bütün Ukrayna bayraqlarını çıxarıblar. Ən ağır vəziyyət Kazatsk və Vesel kəndlərindədir, hər ikisi tamamilə dağıdılıb”, - deyə Kovalenko bildirib.

Son məlumata əsasən, Ukrayna Daxili işlər nazirinin müşaviri Vadim Denisenko Kiyev, Çerniqov, Mariupol və Xarkova nəzarətin bu ölkə ordusunun nəzarəti altında olduğunu bəyan edib.

Teqlər