BMT TŞ-nin növbədənkənar iclası
https://azeri.sahartv.ir/news/dünya-i386353-bmt_tŞ_nin_növbədənkənar_iclası
BMT Təhlükəsizlik Şurası Ukraynada müharibənin baş verməsindən sonra həftəsonu tətillərinə rəğmən, Qərb ölkələrinin təkidi ilə yerli vaxtla bazar günü, son yeddi gündə dördüncü dəfə növbədənkənar iclas keçirəcək. Qərb ölkələri Ukrayna böhranı ilə bağlı BMT Baş Assambleyasında qətnamə qəbul etdirmək ardıncadırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2022 08:45 Asia/Baku
  • Ukrayna
    Ukrayna

BMT Təhlükəsizlik Şurası Ukraynada müharibənin baş verməsindən sonra həftəsonu tətillərinə rəğmən, Qərb ölkələrinin təkidi ilə yerli vaxtla bazar günü, son yeddi gündə dördüncü dəfə növbədənkənar iclas keçirəcək. Qərb ölkələri Ukrayna böhranı ilə bağlı BMT Baş Assambleyasında qətnamə qəbul etdirmək ardıncadırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Diplomatlar deyirlər ki, bu yığıncaq ABŞ və Albaniyanın tələbi ilə keçiriləcək. Bu iki ölkə, öncə təqdim etdiyi qətnamə layihəsinin Rusiya tərəfindən veto edilməsinin ardınca Ukrayna böhranını və Moskvanın hərbi hərəkətlərinin pislənilməsini BMT Baş Assambleyasında təqib etmək niyyətindədir.

Ukraynada müharibənin dördüncü günü ilə bir zamanda, Röyters xəbər veribdir ki, Rusiya qüvvələri Ukraynanın şimalında yerləşən Xarkov şəhərinə giriblər.

Röyters həmçinin təsviri Ukraynanın Daxili İşlər Nazirliyi tərəfindən yayılan Xarkov şəhərində bir rus hərbi avtomobilinin yanmasından xəbər verib.