Fev 27, 2022 18:55 Asia/Baku
  • Ukrayna Belarusda danışıqlara razılaşdı – Təcili

Ukrayna Belarusun Qomel şəhərində Rusiya ilə danışıqlara razılaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Rusiya Prezidentinin köməkçisi, danışıqlardakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.

Bildirilib ki, Rusiya nümayəndə heyəti artıq görüş yerinə gedir.

Məlumatı Ukrayna prezidenti də təsdiqləyib. Zelenski deyib ki, Ukrayna nümayəndə heyəti Ukrayna-Belarus sərhədində, Pripyat çayı ərazisində Rusiya ilə əvvəlcədən şərtsiz görüşəcək.

Ukrayna dövlət başçısının sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin gediş-gəliş, danışıqlar və qayıdış zamanı Belarus ərazisinə yerləşdirilən bütün təyyarə, helikopter və raketlərin yerdə qalacağını öz üzərinə götürüb.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti 15:00-a kimi Ukrayna heyətini gözləyəcəyini bildirmişdi. Kiyev Belarusun danışıqlar üçün münasib yer olmadığına, həmçinin Rusiyanın sülh üçün Ukrayna ordusunun silahı yerə qoyması tələbinə görə nümayəndə heyəti göndərməkdən imtina etmişdi.

Son məlumat onu deməyə əsas verir ki, Kreml əvvəlki tələbindən vaz keçib.

Teqlər