Rusiya ilə Ukrayna arasında atəşkəs bərqərar olunacaqmı?
Rusiya-Ukrayna danışıqları başa çatıb
Belarusda keçirilən Ukrayna-Rusiya danışıqları başa çatıb.
SəhərAzəri-nin məlumatına əsasən, nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilib. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır.
Görüşdə Belarusun xarici işlər naziri Vladimir Makey açılış nitqi ilə qonaqlara müraciət edib.
O bildirib ki, tərəflər özlərini tam təhlükəsizlikdə hiss edə bilərlər. Bundan əlavə Ukrayna və Rusiyanın razılığa gələcəyinə ümid edir.
Məlumatda deyilir ki, Rusiya və Ukrayna nümayəndələri arasında görüş başa çatıb. Nəticə barədə hələlik məlumat yoxdur.
Görüş ərəfəsində Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirmişdi ki, Ukraynanın nümayəndə heyəti danışıqlarda Rusiyadan qoşunlarını Krım və Donbasdan da çıxarmasını tələb edəcək.
Danışıqların getdiyi bir vaxtda Xarkovun bu gün rus artilleriyası tərəfindən atəşə tutulduğu və şəhərin qan gölünə döndüyü bildirilir. dinc yaşayış kvartalına endirilən raket zərbələri nəticəsində küçələr qan gölünə çevrilib, təcili yardım və xilasedicilər insanları dağıntılar altından çıxarmağa çalışır. 11 mülkinin həlak olduğu deyilir.