Ukraynada müharibə dayandırılmalıdır
https://azeri.sahartv.ir/news/dünya-i386413-ukraynada_müharibə_dayandırılmalıdır
BMT baş assambleyasının Ukrayna böhranına həsr olunmuş fövqəladə iclasında bu ölkənin paytaxtı Kiyevin hər tərəfdən mühasirə edildiyini bildirən BMT baş katibi Ukraynada müharibənin dayandırılmasını vurğulayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 01, 2022 08:13 Asia/Baku
  • Antonio Quterreş
    Antonio Quterreş

BMT baş assambleyasının Ukrayna böhranına həsr olunmuş fövqəladə iclasında bu ölkənin paytaxtı Kiyevin hər tərəfdən mühasirə edildiyini bildirən BMT baş katibi Ukraynada müharibənin dayandırılmasını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Antonio Quterreş yerli vaxtla bazar ertəsi günü keçirilən qeyd olunan iclasda sonra bildrib ki, yarım milyona yaxın ukraynalı ölkədəki müharibə səbəbindən ölkədən qaçmağa məcbur olub və Kiyev sakinləri evlər, sığınacaqlar və metro stansiyalarına sığınmağa məcbur olublar.

Ukrayna hökumətinin bu ölkə əhalisi arasında silah payladığını bildirən Quterreş vurğulayıb ki, Ukraynada mülkilər qorunmalıdırlar və bu ölkədə beynəlxalq humanitar qanunlara riayət edilməlidir.

Ukraynada vəziyyətin ağırlaşmağa doğru getməsindən nigarançılıq ifadə edən BMT baş assambleyasının sədri Abdullah Şəhid də bir daha Ukraynada bütün tərəfləri təmkinli olmağa və təcili atəşkəsə çağırıb.