Xerson şəhərinin Rusiyanın nəzarətinə keçməsi təsdiqlənib
https://azeri.sahartv.ir/news/dünya-i386502-xerson_şəhərinin_rusiyanın_nəzarətinə_keçməsi_təsdiqlənib
Ukraynanın Xerson şəhərinin meri bu şəhərin tamamiylə Rusiyanın nəzarətinə keçdiyini təsdiqləyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 03, 2022 09:21 Asia/Baku
  • Xerson şəhərinin Rusiyanın nəzarətinə keçməsi təsdiqlənib

Ukraynanın Xerson şəhərinin meri bu şəhərin tamamiylə Rusiyanın nəzarətinə keçdiyini təsdiqləyib.

SəhərAzəri-nin məlumatına əsasən,Xerson şəhərinin meri İqor Kolixayev  "Facebook" hesabındakı paylaşımında şəhərdə Ukrayna ordusunun qalmadığını bildirib.

Rusiya ötən gün Xerson şəhərinə nəzarəti götürdüyünü açıqlayıb.Bu, müharibə başlayandan Rusiyanın ələ keçirdiyi ən böyük şəhərdir.Qara dəniz sahilində yerləşən şəhərin 300 min sakinin olduğu bildirilir.