Vyanada sıx məşvərətlər gedir
İran İslam Respublikasının nümayəndə heyətilə 4+1 ölkələrinini nümayəndə heyətləri arasında məşvərətlər sıx formada Vyana şəhərində cərəyan etməkdədir.
SəhərAzəri-nin məlumatına əsasən, Vyana müzakirələrinin səkkinci raundunun davamında danışıqlar çərşənbə günü səhər saatlarından etibarən, İran İslam Respublikasının baş müzakirəçisi Əli Baqirinin başçılıq etdiyi İranın nümayəndə heyəti ilə digər tərəflər arasında keçirilməkdədir.
Bu əsasda İranın və Almaniya, Fransa və İngiltərəyə şamil olan üç Avropa ölkəsinin yüksək səviyyəli müzakirəçiləri arasında iki görüş, həmçinin Baqiri və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə müavini və danışıqların koordinatoru Enrike Moranın iştirakı ilə Vyanadakı Koburq otelində görüş keçirilib.
İran İslam Respublikası və üç Avropa ölkəsinin müzakirə heyətləri arasında danışıqlar dünən gecə saat birədək davam edib.
İranın Atom Enerjisi Təşkilatının direktor müavini və mətbuat katibi Behruz Kamalvəndi də Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə danışıqlar aparmaq məqsədilə Vyanadadır.