Amerika öz plasdarmına vəsait ayırmaq istəyir
Mart 03, 2022 18:29 Asia/Baku
ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya 32,5 mlrd. dollar yardımı təsdiqləməsini istəyib
SəhərAzəri-nin məlumatına əsasən, Bayden administrasiyası Konqresdən Ukraynaya yardım və COVID-19-la mübarizə məqsədi ilə 32,5 milyard dollar ayrılmasının təsdiqləməsini istəyib. Bu barəd"Washington Post" məlumat yayıb.
Bildirilib ki, Bayden administrasiyası həmin vəsaitin 10 milyard dollarının Ukraynada yaranmış humanitar böhranın aradan qaldırılmasına ayırmaq niyyətindədir.
Eyni zamanda, yardımın Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcəyi bildirilib.
Artıq Ukraynanın öz plasdarmına çevirməyi bacaran Amerika indi öz məqsədləri istiqamətində bu ölkə üzərindən həyata keçən planlara böyük məbləğdə vəsait ayırmağı qərara alıb.