Mart 04, 2022 15:13 Asia/Baku
  • Ukraynada Atom Elektrik Stansiyasının vurulduğu deyilir

Ukraynanın fövqəladə hallar üzrə Dövlət Xidməti Enerqodar şəhərindəki Zaporojye AES-də Rusiyanın endirdiyi zərbələr nəticəsində başlamış yanğının söndürüldüyünü bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Ukrayna mənbəyinin məlumatına görə Zaporojye AES-də yanğın AES-in təlim-tədris korpusunun binasını əhatə edib, tələfat və zərərçəkənlərin olmadığı bildirilir. Stansiyanın avtomatik olaraq qəza rejiminə keçərək işini dayandıran enerji bloklarının işə düşüb-düşmədiyi məlum deyil.

Hadisədən dərhal sonra Bayden və Zelenski Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər

Ağ Evin mətbuat xidməti bildirib ki, ABŞ prezidenti Cozef Baydenlə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Liderlər Zaporojye AES ətrafında vəziyyəti müzakirə ediblər.

 

Boris Consonun Mətbuat xidməti də Britaniyanın Baş naziri Boris Conson və Ukrayna prezidenti Volodimir Zelenskinin telefonla Zaporojye Atom Elektrik Stansiyasında baş verən yanğını müzakirə etdiklərini bildirib.

 Söhbət zamanı B.Conson bildirib ki, insidentlə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaq niyyətindədir.

 

Teqlər