Mart 04, 2022 18:32 Asia/Baku
  • Cozep Borrelin və Hüseyn Əmir-Abdullahian
    Cozep Borrelin və Hüseyn Əmir-Abdullahian

İranın xarici işlər naziri deyib: Xarici işlər nazirlərinin Vyanada iştirakları və yekun razılaşmanın elan olunması təsirli iqtisadi təzminat mövzusu daxil olmaqla İran İslam Respublikasının elan etdiyi qırmızı xəttə tam şəkildə riayətdən asılıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla bugünkü telefon bağalntısında sanksiyaların ləğvi üzrə Vyana müzakirələrinin son nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Borrel bu telefon söhbətində belə deyib: Bizim nöqteyi-nəzərimizcə, qarşıda duran razılaşmada İran İslam Respublikasının başlıca tələbləri diqqət mərkəzinə alınıb və biz İran ilə 4+1 qrupu arasındakı müzakirələrin koordinatoru kimi demək istəyirik ki, danışıqlar inkişaf və yekun nəticəyə çatma yolundadır.

Avropa Birliyinin Vyana müzakirələrindəki koordinatorunun səylərinə görə təşəkkür edən İran İslam Respublikasının xarici işlər naziri İranın yaxşı və təcili razılaşmanın yekunlaşdırılmasına hazır olduğunu bildirib. Qeyd edib ki, Qərb tərəfinin tələskənliyi İranın qırmızı xətlərinə riayətə mane ola bilməz.

Teqlər