Pişavərdəki şiə məscidində baş verən partlayışda tələfat çoxdur
Pakistanın Pişavər şəhərində yerləşən şiə məscidində baş verən terror partlayışı nəticəsində səksən nəfərdən çox insan şəhid olub və yaralanıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Pakistandakı informasiya mənbələri bildiriblər ki, bu intihar xarakterli partlayışda azı otuz namazqılan şəhid olub, əlli nəfər də yaralanıbdır.
Bu mənbələr əlavə ediblər ki, həmin hadisədə bir intihar amili təhllükəsizlik qüvvələrilə silahlı toqquşmadan sonra şiələrin hüseyniyyəsi və məscidinin ərazilərinə daxil olub və cümə namazı qılınarkən özünü partladıbdır.
Pakistanın baş naziri İmran xan və bu ölkənin digər rəsmiləri, o sıradan “Xeybər Pəxtunxa” və Pəncab əyalətlərinin baş nazirləri bu terror hücumunu kəskin tərzdə pisləyib və yaralılara təcili yardımların göstərilməsini istəyiblər.
Bədən xəsarətləri alanlardan bir qrupunun vəziyyətinin ağır olduğunu bildirən informasiya qaynaqları partlayışın tələfatının artması ehtimalından xəbər veriblər.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu terror hücumunda məqsədi, müsəlmanlar arasında təfriqə salmaq adlandırıb və onu pisləyibdir.
Bu namərdcəsinə hücumda ölənlərin ailələrinə başsağlığı verib, yaralıların tez bir zamanda sağalmalarını arzu edən Xətibzadə ümidvarlıq edibdir ki, Pakistanın hökuməti və təhlükəsizlik rəsmiləri lazımi ölçülər götürüb, qətiyyətli addımlar atmaqla terroristlərin cinayətkarcasına fəaliyyətlərinin qarşısını alacaqlar.