Mart 07, 2022 12:15 Asia/Baku
  • Ruslar Ukraynada hərbi əməliyyatların dayandırılmasını tələb edirlər

Ukraynada hərbi əməliyyatların törətdiyi faciəyə və rus əsgərləri arasında da tələfatın artmasına etiraz əlaməti olaraq Ruiyanın əsas şəhərlərində müharibənin dayandırılması şuarı ilə aksiyalar keçirilir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın 100-dən çox şəhərində "Müharibəyə yox" deyən 12 724 nəfər saxlanılıb. 

Məlumatda qeyd olunur ki, ölkənin 56 şəhərində polis Ukraynanın işğalına qarşı etiraz aksiyalarında 4300-dən çox insanı saxlayıb. Məhbuslar arasında azyaşlılar da var.

Ukrayna ilə müharibəyə qarşı etirazlar başlayandan bəri 100-dən çox şəhərdə 12 724 nəfər saxlanılıb.

Martın 6-da minlərlə etirazçı "Müharibəyə yox!" və "Sənə ayıb olsun!" şüarlarıyla çıxış edib.  Bunu müxalifət fəalları və blogerlərin sosial şəbəkələrdə yaydıqları videolar da sübut edir.

Teqlər