Rusiya Ukraynada altı humanitar dəhliz açıb
https://azeri.sahartv.ir/news/dünya-i386662-rusiya_ukraynada_altı_humanitar_dəhliz_açıb
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib ki,Ukraynadakı əməliyyat zamanı Rusiya silahlı qüvvələri Kiyevdən Belarusun Qomelə də daxil olmaqla 6 humanitar dəhliz açıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2022 16:14 Asia/Baku
  • Rusiya Ukraynada altı humanitar dəhliz açıb

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib ki,Ukraynadakı əməliyyat zamanı Rusiya silahlı qüvvələri Kiyevdən Belarusun Qomelə də daxil olmaqla 6 humanitar dəhliz açıb.

 SəhərAzəri-nin RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu gün Moskva vaxtı ilə səhər saat 10-dan etibarən “sükut rejimi” elan edilib və altı humanitar dəhliz açılıb: "Biri Kiyevdən Qomelə; ikisi Mariupoldan Zaporojye və Rostov-na-Dona; biri Xarkovdan Belqoroda; Sumidən Belqoroda və Poltavadan ikisi”, deyə general-mayor İqor Konaşenkov bildirib.

Generalın sözlərinə görə, bütün ətraflı məlumatlar əvvəlcədən Ukrayna tərəfinə, eləcə də BMT, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin müvafiq strukturlarına verilib.

O qeyd edib ki, humanitar dəhlizlərin açılışı zamanı Rusiya hərbçiləri “pilotsuz uçuş aparatlarından istifadə etməklə evakuasiyanın davamlı obyektiv monitorinqini” həyata keçirəcək.