Mart 09, 2022 12:28 Asia/Baku
  • Rusiyanın ABŞ-dakı səfir
    Rusiyanın ABŞ-dakı səfir

Rusiya ABŞ-ın neft idxalına qoyduğu qadağaya cavab olaraq bildirib ki, Moskvanın rəqabətə davamlı məhsulunu ixrac etmək üçün başqa yerləri var.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ prezidenti Co Bayden çərşənbə axşamı günü Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından sonra Moskva ilə qlobal gərginliyin artdığı bir vaxtda bildirib ki, Vaşinqton Rusiya iqtisadiyyatının əsas sektorunu hədəfə alır və Rusiyanın enerji resurslarının idxalına qadağa qoyur.

TAAS xəbər agentliyinin məlumatına görə, Rusiyanın ABŞ-dakı səfirliyi bildirib ki, Rusiyanın enerji məhsulları yüksək keyfiyyətli və rəqabətədavamlıdır və ABŞ-ın idxal qadağasından sonra Moskvanın onları yönəltmək üçün başqa yerləri var. 

Səfirlik, həmçinin bildirib ki, Vaşinqtonun sanksiya klubunun köməyi ilə öz iradəsini diktə etmək və Moskvanı öz milli maraqlarından imtina etməyə məcbur etmək cəhdləri illüziyadır. 

Qərblə Moskva arasında münasibətlər 2014-cü ildən bəri dörd istiqamət üzrə yəni NATO-nun, xüsusən də ABŞ-ın Rusiya yaxınlığında və Şərqi Avropada hərbi nüfuzunun genişlənməsi, Ukrayna böhranı, Baltik dənizi və Suriyadakı vəziyyətlə bağlı gərginləşib.

ABŞ və Avropa İttifaqı 2014-cü ildən Rusiyaya qarşı bir sıra iqtisadi və maliyyə sanksiyaları tətbiq ediblər ki,  Moskvanın reaksiyası ilə üzləşib. 

Teqlər