İndiyədək on mindən çox yəmənli uşaq ölüb və ya yaralanıbdır
Mart 13, 2022 21:22 Asia/Baku
BMT-nin uşaq fondu bildirib ki, Yəmən xalqına qarşı savaşın başlanmasından bəri on mindən çox yəmənli uşaq ölüb və ya yaralanıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, YUNİSEF yeddi ildən sonra bildirib ki, bu müharibə üçün sabit bir siyasi həll yolu tapılmalıdır ki, yəmənlilər və övladları layiq olduqları bir sülhdə yaşamış olsunlar.