Mart 14, 2022 11:51 Asia/Baku
  • Rusiya ordusu dənizdən hücuma hazırlaşır

Rusiyanin hərbi-dəniz donanması Qara dənizdəki bütün imkanlarını döyüş hazırlığı vəziyyətinə gətirib və Ukrayna ərazisinə seriya zərbələr endirməyə hazırlaşır.

SəhərAzəri-nin məlumatına əsasən, hazırda Ukraynanın Azov dənizinə çıxışı məhdudlaşıb və rus qüvvələri Donbasla Krım arasında quru dəhlizi yaratmağa müvəffəq olublar. Bununla belə Mariupolda Ukrayna ordusu hələ də müqavimət göstərir.

Rusiyanın hərbi komandanlığı təxmin edir ki, Ukraynaya qərb və cənub istiqamətindən silah tədarükünün qarşısı alınarsa, Ukrayna faktiki olaraq hər tərəfdən mühasirədə qalacaqdır.

Bununla belə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, onun ölkəsi Ukraynaya əhəmiyyətli silah tədarükünü davam etdirə biləcəyinə əmindir.

Teqlər