“Qərbi çətin günlər gözləyir"
https://azeri.sahartv.ir/news/dünya-i386938-qərbi_çətin_günlər_gözləyir
Britaniyanın Baş naziri Boris Conson Rusiyanın enerji daşıyıcılarından imtina edəcəyi ilə bağlı Qərbin çətin vəziyyətindən danışıb. Bu barədə “Daily Telegraph” məlumat yayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 15, 2022 07:02 Asia/Baku
  •   “Qərbi çətin günlər gözləyir

Britaniyanın Baş naziri Boris Conson Rusiyanın enerji daşıyıcılarından imtina edəcəyi ilə bağlı Qərbin çətin vəziyyətindən danışıb. Bu barədə “Daily Telegraph” məlumat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Conson Rusiyaya qarşı sanksiyalardan bütün dünyanın təsir alacağını bildirib: "Qarşıda çətin zaman olacaq. Rusiyanın neft və qazından, bütövlükdə karbohidrogenlərindən imtina dünya üçün ağır olacaqdır", - deyə Britaniyanın baş naziri bildirib.

O, Qərbin Moskva ilə münasibətlərini normallaşdırmağı və Rusiyadan enerji daşıyıcılarının tədarükünü artırmağa başlamasını səhv adlandırıb.

ABŞ-ın Rusiya neft məhsullarının idxalına qadağası təkcə sıravi amerikalılara deyil, avropalılara da zərbə vurub. Avropa İttifaqının bir çox ölkəsində benzin bir litr üçün 2 avroya təklif olunur.