Mart 15, 2022 12:48 Asia/Baku
  • Antonio Quterreş
    Antonio Quterreş

BMT-nin baş katibi iddia edib ki, Ukrayna və Rusiya arasındakı gərginlik fonunda nüvə münaqişəsinin baş verməsi ehtimalı var.

SəhərAzəri-nin məlumatına əsasən, Bu gün Ukraynada müharibənin iyirminci günüdür.

Rusiya NATO qoşunlarının öz sərhədləri yaxınlığında genişləndirilməməsi və yerləşdirilməməsini tələb edir.

BMT-nin baş katibi Antonio Quterreş bazar ertəsi günü iki tərəf arasında nüvə münaqişəsi ehtimalından danışıb: Rusiya nüvə qüvvələrinin xəbərdarlığının artması qorxunc bir hadisədir. Bir zamanlar təsəvvüredilməz olan nüvə münaqişəsi ehtimalının perspektivi indi mümkün olub.

Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə çağıran BMT baş katibi qeyd edib ki, Ukrayna məsələsində vasitəçilik üzrə səy və məşvərət istiqamətində Çin, Fransa, Almaniya, Hindistan, İsrail rejimi və Türkiyə ilə sıx əlaqədə olub.

Quterriş deyib: Hal-hazırda Ukraynada milyonlarla nəfər aclıq, həmçinin kəskin su və dərman çatışmazlığı ilə üzləşir. BMT fövqəladə vəziyyətlərə reaksiya üzrə mərkəzi fondundan Ukraynaya humanitar yardım kimi daha qırx milyon dollar ayıracaq. Nəticə nə olursa olsun, bu müharibədə qalib deyil, yalnız uduzan olacaq.

Rusiyanın Ukraynaya hücumunu müzakirə etmək üçün bu yaxınlarda Versal sarayında bir araya gələn 27 Avropa ölkəsinin liderləri Kiyevlə daha sıx əlaqələrə təkid etsələr də, bu ölkənin tez bir zamanda Avropa Birliyinə qatılmasının hazırkı zamanda mümkün olmadığını bildiriblər.

 

Teqlər