Zelenski mövqeyini dəyişdi
Bir neçə milyon nəfərin didərgin düşməsindən və Ukraynanın bir çox infrastrukturunun dağıdılmasından sonra bu ölkənin prezidenti müharibənin başlanmasının əsas səbəblərindən biri haqda yeni sözlər söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya hökuməti ötən aylar ərzində və Ukraynaya qoşun yeritməzdən öncə NATO-nun Şərqi Avropaya ekspansianizmi haqda ABŞ-a və NATO-ya təhlükəsizlik zəmanəti barədə təkliflər təqdim etdi, amma bu təkliflər rədd edildi.
Ukrayna prezidenti Vladimir Zelenski deyib: Qəbul etməliyik ki, Ukrayna NATO-ya qatıla bilməz.
Zelenskinin bu ifadəsinin fonunda qeyd edək ki, Ukraynanın NATO-ya üzvlyü zərurəti məsələsi bu ölkə konstitusiyasında yer alıb.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel son vaxtlar Ukraynanın NATO-ya qoşulması barədə belə deyib: Biz zəmanət verə bilməyəcəyimiz şeylər, xüsusən Ukraynanın NATO-ya qoşulmasına dair təklif irəli sürmüşük. Bu məsələ əsla həyata keçmədi. Məncə, yerinə yetirə bilməyəcəyimiz vədlər verməyimiz bir səhv hərəkət olub.
Ukraynanın qərbyönümlü başçılarının əsas tələblərindən biri, NATO-ya üzv olmaq tələbi olubdur.
Bu tələbə bəhanə, Rusiya tərəfindən Ukraynanın milli təhlükəsizliyinə qarşı təhdidlərin mövcud olması olubdur.